“Liverpul” Konatenin müqaviləsini uzatmağa yaxındır

10 Aprel 2026 04:10
376
“Liverpul” Konatenin müqaviləsini uzatmağa yaxındır

“Liverpul”un İbrahima Konateni klubda saxlamaq üçün yaxşı şansları var.

İdman.Biz bu barədə məşhur jurnalist Fabrizio Romanoya istinadən bildirir.

Romanonun sözlərinə görə, klubla oyunçu arasında danışıqlar davam edir. “Real Madrid”ə gəldikdə isə, onlar noyabr ayında Konate ilə bağlı müzakirələri dayandırıblar.

Konatenin “Liverpul”la hazırkı müqaviləsi iyunun sonuna qədərdir. Fransız futbolçu “qırmızılar”da beşinci mövsümünü başa vurur.

Qeyd etmək lazımdır ki, 26 yaşlı İbrahima Konate Transfermarkt tərəfindən 50 milyon avro dəyərində qiymətləndirilir.

İdman.Biz