Müdafiəçi Endryu Robertsonun Liverpuldan ayrılması “qarşılıqlı və dostcasına” olsa dayeni müqavilənin müzakirəsi üçün heç bir addım atılmayıb.
İdman.Biz bu barədə jurnalist Ben Ceykobsa istinadən bildirir.
Mənbənin sözlərinə görə, oyunçu və klub yaxşı münasibətlər saxlayırlar. Robertsonun yanvar ayında mersisaydlıların əvəzedici tapa bilməməsi səbəbindən “Tottenhem”ə transferi uğursuz olduqdan sonra komandada qalması da bunu sübut edir.
Şotlandiyalı əsas heyətdə oynamaq istəyir və “Liverpul” bunu təklif edə bilmədiyi üçün tərəflər onu buraxmaq qərarına gəliblər.
Oyunçu 2017-ci ildən “qırmızılar”da oynayır. Bu müddət ərzində Robertson bütün yarışlarda 373 oyun keçirib, 13 qol vurub və 69 məhsuldar ötürmə edib.
