Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının dörddəbir final mərhələsinin “Barselona” və “Atletiko Madrid” (0:2) arasında keçirilmiş oyununun hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər kənarlaşdırmaq qərarına gəlib.
İdman.Biz-in Sport.es-ə istinadən məlumatına görə, təşkilat rumıniyalı hakimin oyunda bir neçə səhvini qeydə alıb.
Eyni zamanda Kovaçın 2026-cı il dünya çempionatında hakimlik edəcəyi vurğulanır. Hakimin adı FİFA siyahısında yer alıb.
“Barselona” daha əvvəl hakimlik və VAR ilə bağlı UEFA-ya şikayət etdiyini açıqlamışdı. Xüsusilə, “blauqrana” matçın 54-cü dəqiqəsində rəqib oyunçunun cərimə meydançasında topa əl ilə toxunması, lakin penalti təyin edilməməsi ilə bağlı hadisəni vurğulamışdı.
