Cari mövsümün sonuna yaxınlaşarkən, “Goal” 2026-cı il “Qızıl top” namizədlərinin reytinqini yeniləyib.
İdman.Biz xəbər verir ki, “Bavariya”nın hücumçusu Harri Keyn səsvermədə favoritdir. “Real Madrid”in hücumçusu Kilian Mbappe ikinci yerdədir. “Bavariya”nın cinah oyunçusu Maykl Olise ilk üçlüyü tamamlayır.
Goal-ın 2026-cı il “Qızıl top” mükafatına ən real namizəd olan 10 oyunçusu:
Harri Keyn (Bavariya).
Kilian Mbappe (Real Madrid).
Mayk Olise (Bavariya).
Lamin Yamal (Barselona).
Luis Dias (Bavariya).
Erlinq Holand (Mançester Siti).
Xulian Alvares (Atletiko Madrid).
Deklan Rays (Arsenal).
Vitinya (PSJ).
Vinisius Junior (Real Madrid).
