“Şaxtyor Donetsk”in braziliyalı hücumçu yarımmüdafiəçisi İsake UEFA Konfrans Liqasının dörddəbir final matçının üçüncü dəqiqəsində “AZ Alkmaar” oyunçusu ilə toqquşma nəticəsində nokdauna düşüb.
İdman.Biz xəbər verir ki, oyun Polşanın Krakov şəhərindəki “Henrik Reyman” stadionunda keçirilir.

Toqquşmadan sonra oyunçu oyunu davam etdirə bilsə də, 24-cü dəqiqədə əvəzlənib.

