Türkiyə Superliqasında 27-ci turdan təxirə salınmış bir oyun keçirilib.
İdman.Biz bildirir ki, Qara dəniz derbisində “Rizespor” “Samsunspor”u qəbul edib.
Matç 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.
Qolları qaliblərdən Loyde Auqustu (39,50), Atilla Moçi (43), Kazim Lyaçi (45+3), məğlublardan isə Şerif Ndiaye (90+3) vurublar.
Bu qələbədən sonra “Rizespor” 33 xal toplayıb. Komanda 10-cu yerdədir. 36 xal yığmış “Samsunspor” 7-ci pillədə qərarlaşıb.
