MLS-in “Sinsinnati” klubu “Santos”un hücumçusu Neymarın komandası ilə danışıqlar aparır.
İdman.Biz bu barədə "The Athletic”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, tərəflər arasında əlaqələr hazırda ilkin mərhələdədir, lakin MLS klubu 34 yaşlı futbolçunu qarşıdakı transfer pəncərəsində transfer etməyə hazırlaşır.
Hücumçu “Santos” akademiyasının yetirməsidir. Neymar Braziliya klubuna 2025-ci ilin yanvarında qayıdıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.
