Londonun “Tottenhem Hotspur” klubu 29 yaşlı “Bornmut” müdafiəçisi Markos Senesi ilə razılığa gəlib.
İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Nikolo Şira sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, Senesi “Tottenhem”ə azad agent kimi qoşulacaq və 2030-cu ilə qədər ildə 5 milyon avro qarşılığında müqavilə imzalayacaq.
Senesi karyerasına “Feyenoord”da başlayıb və 2022-ci ildə 15 milyon avro qarşılığında “Bornmut”a keçib. Klubda olduğu müddətdə argentinalı 128 oyunda iştirak edib, altı qol vurub və 10 məhsuldar ötürmə edib.
Transfermarkt-a görə, Senesinin hazırkı bazar dəyəri 22 milyon avrodur.
