“Volfsburq” tarixində ilk dəfə Bundesliqanı tərk edib.
İdman.Biz bildirir ki, bu, pley-offda “Paderborn 07” komandasına qarşı cavab oyunundan (1:2) sonra baş verib. Komandalar ilk görüşdə qol vurmamışdılar.
“Yaşıl-ağlar” 1997-ci ildən bəri ilk dəfə İkinci Bundesliqada oynayacaqlar. O vaxt “canavarlar” turnir cədvəlində “Kayzerslautern”dən sonra ikinci yeri tutmuş və Almaniya çempionatının yüksək divizionuna yüksəlmişdilər.
“Volfsburq” tarixi boyunca bir dəfə Bundesliqa çempionluğunu, eləcə də Almaniya Kubokunu və Almaniya Superkubokunu qazanıb. Komandanın bu günə qədər Avropada ən yüksək nailiyyəti 2015/2016 mövsümündə Çempionlar Liqasının dörddəbir finalına yüksəlməkdir.
