“Milan” və “Yuventus” “Arsenal”ın 29 yaşlı hücumçusu Qabriel Jezusla maraqlanır.
İdman.Biz-in jurnalist Ekrem Konura istinadən verdiyi məlumata görə, klublar braziliyalı oyunçunun ətrafı ilə əlaqə saxlayıblar.
Mənbənin məlumatına görə, “topçular” Jezusu 30-35 milyon avroya satmağa hazırdırlar. “Arsenal” bu pulu yeni hücumçu əldə etmək üçün istifadə etməyi planlaşdırır.
Bu mövsüm Jezus bütün yarışlarda 22 oyunda meydana çıxıb, beş qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.
