Rumıniya daxili işlər naziri Katalin Predoyu bildirib ki, hazırda Buxarestdə tikilməkdə olan “Dinamo” stadionuna Mirça Luçeskunun adı veriləcək.
İdman.Biz bildirir ki, Türkiyə və Rumıniya millilərinin keçmiş baş məşqçisi aprelin 7-də vəfat edib.
Məlumata görə, 2026-cı ildə tamamlanması planlaşdırılan yeni “Dinamo Buxarest” arenası “Mirça Luçesku adına Dinamo” stadionu adlandırılacaq. Məşhur məşqçi 1963-cü ildən 1977-ci ilə qədər klubda oynayıb və komandada 250-dən çox oyun keçirib.
Luçesku Çempionlar Liqası və milli komandalar tarixində ən yaşlı məşqçidir. O, komandaları ilə 35 kubok qazanıb; yalnız Pep Qvardiola (40) və Aleks Ferqyuson (49) daha çox kubok qazanıb.
