Hansi Flik: “Hakimlərin səhvləri normaldır, bəs VAR?”

9 Aprel 2026 10:55
172
Hansi Flik: “Hakimlərin səhvləri normaldır, bəs VAR?”

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Atletiko”ya uduzduqları oyunu şərh edib.

İdman.Biz ”Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məğlub olduq, amma pis oynamadıq. Təslim olmamışıq. Qarşıda bir oyun var və şanslarımız olacaq.

Kubarsinin qovulması? Məncə, qırmızı vərəqə verilməyə bilərdi. Əmin deyiləm ki, qərar tam doğrudur. Başa düşmürəm, bəzi epizodlara nə üçün VAR müdaxilə etmir? Hakimlərin səhvləri normaldır, bəs VAR niyə reaksiyaya keçmir? “Atletiko”nun futbolçusunun əlinə top dəymişdi, amma nə hakim, nə də VAR bunu görmədi.”

Komandalar arasındakı cavab oyunu aprelin 14-də Madriddə olacaq.

İdman.Biz