İspaniyanın “Atletiko” futbol komandası Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda səfərdə “Barselona”nı 2:0 hesabı ilə məğlub edərək böyük üstünlük qazanıb.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, bu qələbə Madrid klubunun baş məşqçisi Dieqo Simeone üçün xüsusi əhəmiyyət kəsb edib. Argentinalı mütəxəssis karyerası ərzində ilk dəfə “Kamp Nou” stadionunda qalib gəlməyin sevincini yaşayıb.
Oyunun final fiti çalınan kimi Simeonenin dərhal paltardəyişmə otağına qaçması gecənin ən çox müzakirə olunan hadisəsinə çevrilib.
