Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası İspaniyada təlim-məşq toplanışına başlayıb.
İdman.Biz xəbər verir ki, yığmamızın toplanışından fotolar yayımlanıb.
Qeyd edək ki, komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra millisi ilə iki oyun keçirəcək. Millimiz aprelin 14-də rəqiblə səfərdə üz-üzə gələcək, 18-də isə doğma meydanda qarşılaşacaq.
