Xulian Alvaresdən “Barselona” etirafı: “Məşqdə vura bilməmişdim” - VİDEO

9 Aprel 2026 10:13
181
Xulian Alvaresdən “Barselona” etirafı: “Məşqdə vura bilməmişdim” - VİDEO

İspaniyanın “Atletiko” futbol komandasının futbolçusu Xulian Alvares “Barselona” ilə matçda vurduğu cərimə zərbəsi qolu barədə maraqlı açıqlama verib.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, argentinalı forvard oyundan əvvəlki məşqlərdə bu komponent üzərində uğursuz çalışdığını etiraf edib.

“Oyundan əvvəl cərimə zərbələri üzərində işləyirdik. Təxminən 5-6 zərbə yerinə yetirdim, amma heç birində qol vura bilmədim. Xoşbəxtlikdən, bunu ən lazım olan anda - "Barselona"ya qarşı oyunda bacardım. Çox xoşbəxtəm”, - deyə Alvares bildirib.

İdman.Biz