UEFA Avropa Liqası: “Aston Villa” və “Frayburq”dan qələbə - YENİLƏNİB + VİDEO

10 Aprel 2026 00:56
945
UEFA Avropa Liqası: “Aston Villa” və “Frayburq”dan qələbə

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, İtaliya təmsilçisi “Bolonya” İngiltərənin “Aston Villa” klubunu qəbul edib.

Matç 3:1 hesabı ilə qonaqların qələbəsi ilə bitib.

Hesabı 44-cü dəqiqədə “Aston Villa”nın müdafiəçisi Ezri Konsa açıb. Hücumçu Olli Uotkins 51-ci dəqiqədə İngiltərə komandasının ikinci qolunu vurub. Ev sahibi komandanın heyətində Conatan Rou 90-cı dəqiqədə bir qol vurub. Uotkins 90+4-cü dəqiqədə ikinci qoluna imza atıb.

Portuqaliya təmsilçisi “Portu”ilə İngiltərənin “Nottingem Forest” klubu üz-üzə gəlib. Oyun heç-heçəylə qurtarıb - 1:1.

Ev sahibi komandanın hücumçusu Vilyam Qomes 11-ci dəqiqədə hesabı açıb. İki dəqiqə sonra portuqaliyalıların müdafiəçisi Martim Fernandes öz qapısına qol vurub.

Almaniyanın “Frayburq” klubu isə “Selta”nı qonaq edib. Oyun 3:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə bitib. Qolları Vinçenso Qrifo (10), Yan-Niklas Beste (32) və Mattias Ginter (78) vurublar.

Cavab matçları 16 apreldə keçiriləcək.

09:09

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, İtaliya təmsilçisi “Bolonya” İngiltərənin “Aston Villa” klubunu qəbul edəcək.

Portuqaliya təmsilçisi “Portu”ilə İngiltərənin “Nottingem Forest” klubu üz-üzə gələcək. Qarşılaşmalar Bakı vaxtı ilə 23:00-da start götürəcək.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
9 aprel

23:00. “Portu” (Portuqaliya) - “Nottinqem Forest” (İngiltərə)
23:00. “Frayburq” (Almaniya) - “Selta” (İspaniya)
23:00. “Bolonya” (İtaliya) - “Aston Villa” (İngiltərə)

Qeyd edək ki, ötən gün Portuqaliyanın “Braqa” komandası evdə “Betis”lə (İspaniya) heç-heçə edib - 1:1.

İdman.Biz