Mbappe Çempionlar Liqasında ən çox qol vuran oyunçular siyahısında Raula çatır

8 Aprel 2026 02:15
299
Mbappe Çempionlar Liqasında ən çox qol vuran oyunçular siyahısında Raula çatır

“Real Madrid”in hücumçusu Kilian Mbappe 2025/26 mövsümünün UEFA Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda “Bavariya”ya qarşı (1:2) qol vurub.

İdman.Biz bildirir ki, bu qol fransız futbolçunun turnirdə vurduğu 69-cu qol olub və o, “Real Madrid” və “Şalke”nin keçmiş oyunçusu Raul Qonsalesə (71) yaxınlaşır.

Siyahıya “Mançester Yunayted” və “Real Madrid”in keçmiş hücumçusu Kriştianu Ronaldu (141), “Barselona”nın sabiq oyunçusu Lionel Messi (129) başçılıq edir. İlk üçlüyü əvvəllər “Borussiya Dortmund” və “Bavariya”da oynamış, hazırda isə “blauqrana”nın rənglərini qoruyan Robert Levandovski (109) tamamlayır.

İdman.Biz