UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Real Madrid” “Bavariya”nı qəbul edib.Münhen komandası bu oyunda 2:1 hesabı ilə qalib gəlib.
41-ci dəqiqədə Luis Diaz hesabı açaraq “Bavariya”ya üstünlük qazandırıb. 46-cı dəqiqədə Harri Keyn Almaniya komandasının üstünlüyünü ikiqat artırıb. 74-cü dəqiqədə Kilian Mbappe “Los Blancos” bir cavab qolunu vurub.
“Bavariya” və “Real Madrid” arasındakı cavab oyunu 15 apreldə “Arena Münhen”də keçiriləcək.
“Arsenal” isə “Sportinq”in qonağı olub. Komandalar Lissabondakı “José Alvalade” stadionunda oynayıblar. Qonaqlar 1:0 hesablı qələbəni qeyd ediblər.
“Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi 64-cü dəqiqədə hesabı açsa da, qol ofsayd səbəbindən sayılmayıb. 90+1-ci dəqiqədə hücumçu Kay Havertz ingilis klubunun qələbəsini təmin edib.
“Arsenal” və “Sportinq” arasında cavab oyunu 15 apreldə “Emirates” stadionunda keçiriləcək.
09:38
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
7 aprel
23:00. “Real” (İspaniya) - “Bavariya” (Almaniya)
23:00. “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.
