“Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının dörddəbir finalının “Real Madrid”ə qarşı ilk oyununda iştirak edib.
İdman.Biz xəbər verir ki, bu, alman qapıçının Münhen klubunun start heyətində Çempionlar Liqasında 136-cı oyunudur.
“Opta”nın məlumatına görə, o, Çempionlar Liqasında bir komandanın start heyətində ən çox oyun keçirən “Barselona”nın keçmiş hücumçusu Lionel Messiyə çatıb.
“Real Madrid”in keçmiş qapıçısı İker Kasilyas Çempionlar Liqası oyununda bir klub üçün start heyətində ən çox meydana çıxıb (149).
“Bavariya” ilə “Real Madrid” arasında cavab oyunu 15 apreldə “Arena Munich”də keçiriləcək.
1/8 finalda “Los Blancos” “Mançester Siti”ni ümumi hesabla 5:1 hesabı ilə məğlub edib. Yarışın eyni mərhələsində Münhen komandası “Atalanta”nı ümumi hesabla 10:2 hesabı ilə məğlub edib.
