İngiltərənin “Arsenal” futbol komandasının yarımmüdafiəçisi Maks Doumen Premyer Liqa tarixinə düşüb.
İdman.Biz xəbər verir ki, gənc futbolçu İngiltərə çempionatının 38-ci turunda “Kristal Palas”la matçın start heyətində meydana çıxıb.
Doumen 16 yaş 144 günlüyündə Premyer Liqa matçına start heyətində başlayan ən gənc futbolçu olub.
Qarşılaşma Londondakı “Selhurst Park” stadionunda keçirilib. “Arsenal” mövsümün son turuna artıq çempionluğu təmin etmiş komanda kimi çıxıb. London təmsilçisi 37 turdan sonra 82 xal toplayaraq birinci pillədə yer alıb.
Qeyd edək ki, “Arsenal” bu mövsüm 22 illik fasilədən sonra Premyer Liqa çempionluğunu qazanıb. Doumen isə daha əvvəl mövsüm ərzində Premyer Liqanın ən gənc qol müəllifi kimi də tarixə düşüb.
