Suaresdən het-trik, Messidən iki assist: MLS-də bir matçda 10 qol - VİDEO

25 May 2026 09:16
190
Suaresdən het-trik, Messidən iki assist: MLS-də bir matçda 10 qol - VİDEO

ABŞ-nin Mayami şəhərində yerləşən “Nu Stadium” arenasında MLS-in 2026 mövsümünün oyununda “İnter Mayami” “Filadelfiya Union”u qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar matçın ilk 45 dəqiqəsində səkkiz qol vurublar. “İnter Mayami” görüş ərzində 1:3 hesabından geri dönüş edib.

Qalib komandanın heyətində ulduz hücumçu Luis Suares het-trik edib. Argentinalı hücumçu Xerman Berteramenin hesabında dubl var. Daha bir qolu yarımmüdafiəçi Rodriqo De Paul vurub. Ulduz hücumçu Lionel Messi isə görüşü iki assistlə başa vurub.

Məlumat üçün əlavə edək ki, hazırda “İnter Mayami” MLS-də 15 oyundan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb və lider “Neşvill”dən cəmi 2 xal geri qalır. “Filadelfiya Union” isə 14 matçdan sonra topladığı 7 xalla sonuncu – 15-ci yerdədir

İdman.Biz