İtaliya millisinin keçmiş oyunçusu Dino Baccio İtaliya futbolunun hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz bildirir ki, İtaliya millisi daha əvvəl ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.
“Düzü, oynadığım vaxtdan bəri çox şey dəyişib. Gənclərin inkişafına mənim oynadığım vaxtlardakı qədər çox sərmayə qoymurlar. O vaxtlar biz həqiqətən də əla futbolçular yetişdirirdik. İndi futbolumuz və A Seriyamız darıxdırıcı hala gəlib. Əvvəllər sürətli oyuna və əks-hücumlara daha çox diqqət yetirilirdi. Çoxlu konsentrasiya, ağıllı strategiya var idi.
İndi futbolçular topu ötürməkdən zövq almağa çalışırlar. Onlar bundan həzz alırlar... Düzünü desəm, hər şeydən bezdirib. Oyun öz fərdiliyini itirib.
Liqamız tam formalaşmış, hazır oyunçular istəyir. Artıq super ulduzlar yetişdirlmir. Bundan əlavə, liqamızdakı oyunçuların 99,9%-i əcnəbilərdir. İtalyanlar üçün əsas heyətə düşmək çətindir. Hətta mənim üçün də bu gün çətin olardı.
Bu təhlükəlidir. Vəziyyət dəyişməsə, nə baş verəcəyini bilmirəm”, - Baccio deyib.
