İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlərin Texniki Komitəsi (CTA) hakim Mateo Buskets Ferrerin La Liqanın 30-cu turunda “Atletiko Madrid” və “Barselona” (1:2) arasında keçirilən matçda “blauqrana”nın müdafiəçisi Xerard Martinin qırmızı vərəqəsini ləğv etməklə səhv etdiyini etiraf edib.
İdman.Biz bildirir ki, 46-cı dəqiqədə kataloniyalı oyunçu topa toxunduqdan sonra Tiaqo Almadanın baldır nahiyəsinə zərbə endirib. Hakim Martinə qırmızı vərəqə göstərib, lakin video köməkçi hakimlərin məsləhətinə əməl edərək monitorda hadisəni nəzərdən keçirdikdən sonra onu sarı vərəqəyə çevirib.
“Topa kimin ilk toxunmasından asılı olmayaraq, bu, ciddi qayda pozuntusu idi. Düzgün intizam tədbiri qırmızı vərəqə olmalı idi.
VAR müdaxilə etməməli idi, çünki bu, hakimin oyun meydanında verdiyi düzgün qərar idi. VAR-ın hadisəni nəzərdən keçirmək tövsiyəsi oyun meydanında düzgün qiymətləndirilən hərəkətə səhv düzəlişlə nəticələndi. Hakim ilkin qərarında qalmalı idi”, - CTA-dan məlumat verilib.
