Konate yaxın vaxtlarda “Liverpul”la müqaviləsini uzatmağa hazırlaşır

7 Aprel 2026 09:08
165
Konate yaxın vaxtlarda “Liverpul”la müqaviləsini uzatmağa hazırlaşır

Fransız müdafiəçi İbrahima Konate “Liverpul”la müqaviləsini uzatmağa yaxındır.

İdman.Biz bu barədə “L'Equipe” qəzetinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tərəflər yeni əmək müqaviləsi bağlamağa yaxındırlar və hələlik detalları dəqiqləşdirməyiblər. Oyunçunun mersisaydlılarla hazırkı müqaviləsi gələn yaya qədərdir. Bildirilir ki, oyunçu dünya çempionatına klub futbolundakı gələcəyi barədə problemsiz yaxınlaşmağa ümid edir.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 49 xalla beşinci yerdədir. Müdafiəçi bu mövsüm klubun heyətində 42 oyunda iştirak edib və iki qol vurub.

İdman.Biz