Kompani: “Real”la matçın nəticəsi xırda detallardan asılı olacaq”

7 Aprel 2026 01:26
355
Kompani: “Real”la matçın nəticəsi xırda detallardan asılı olacaq”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Real”la qarşılaşacaqları matç barədə danışıb.

İdman.Biz bildirir ki, qarşılaşma aprelin 7-də Madriddə olacaq.

“Sabah hər şeyin mənası olacaq. Məşqçi kimi burada ilk dəfəyəm, amma bu cür oyunlarda böyük təcrübəmiz var. Nəticə qismən taktikadan, amma hər şeydən əvvəl oyunçuların fərdi bacarığı kimi kiçik detallardan asılı olacaq. “Real Madrid”ə hazırlaşdıq və “Mançester Siti”yə qarşı nə etdiklərini gördük. Bəlkə də ən çətin səfər oyunudur, amma qalib gəlmək istəyirik.

Keçən mövsüm turnirin eyni mərhələsində “İnter”ə məğlubiyyət? İrəliyə baxmalıyıq, buna görə də buradayıq. Dünyanın ən yaxşı komandalarından birini məğlub etmək istəyirik. Həmçinin keçən ildən dərs çıxarmalıyıq, amma “İnter”ə qarşı doqquz oyunçumuz yox idi, ona görə də tamamilə fərqli bir hekayə idi. Bu gün çox yaxşı vəziyyətdəyik; ən yaxşı oyunçularımız buradadır. Qazanmaq üçün hər şeyi etmək istəyirik”, - deyə Kompani UEFA-nın rəsmi saytına bildirib.

İdman.Biz