Milli komandalarımızın FİFA reytinqinin açıqlanacağı tarixlər müəyyənləşib

Xəbərlər
2 Yanvar 2024 13:27
204
Milli komandalarımızın FİFA reytinqinin açıqlanacağı tarixlər müəyyənləşib

FİFA reytinqinin 2024-cü ilin ilk yarısında açıqlanacağı vaxtlar bəlli olub.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

İlin ilk 6 ayında reytinq siyahısı ümumilikdə 5 dəfə dərc olunacaq. Üç dəfə kişi komandaların cədvəli müəyyənləşəcək. Azərbaycan millisinin mövqeyi fevralın 15-də, aprelin 4-də və iyunun 20-də bilinəcək. Qadın yığmaların reytinqi isə martın 15-də və iyunun 14-də açıqlanacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın kişilərdən ibarət millisi 1174,22 xalla 114-cü, qadın yığmamız 1305.48 xalla 76-cıdır.

İdman.biz

Məqalədə: