“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone karyerasında 25-ci dəfə “Barselona”ya məğlub olub.
İdman.Biz bildirir ki, bu, İspaniya La Liqasının 30-cu turunda baş verib. “Barselona” “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.
Simeone heç bir başqa komandaya bu qədər məğlub olmayıb. O,”Real Madrid”ə 22 dəfə məğlub olub. Bu mövsüm Simeone “Barselona”ya iki dəfə məğlub olub - Kral Kubokunun yarımfinalında (0:3) və La Liqanın 19-cu turunda (1:3).
Komandalar Çempionlar Liqasının dörddəbir finalında qarşılaşacaqlar. İki oyunluq qarşılaşmanın ilk oyunu 8 aprel, çərşənbə günü keçiriləcək.
