Kiran Trippyer mövsümün sonunda “Nyukasl Yunayted”dən ayrılacaq

5 Aprel 2026 08:15
577
Kiran Trippyer mövsümün sonunda “Nyukasl Yunayted”dən ayrılacaq

Müdafiəçi Kiran Trippyer cari mövsümün sonunda “Nyukasl Yunayted”dən ayrılacaq.

İdman.Biz bildirir ki, bu barədə “sağsağanlar”ın rəsmi saytında məlumat verilib.

Oyunçunun “sağsağanlar”la müqaviləsi gələn yaya qədərdir və heç bir tərəf müqaviləni uzatmayacaq. O, 2022-ci ilin yanvar ayından bəri “Nyukasl Yunayted”də çıxış edir. Bu günə qədər o, klubun heyətində 157 oyunda iştirak edib, dörd qol vurub və 29 məhsuldar ötürmə edib. Müdafiəçi klubla 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunu qazanıb.

Kiran Trippyer “Mançester Siti”nin gənclər akademiyasının yetirməsidir. Onun karyerasında həmçinin “Börnli”, “Tottenhem Hotspur”, “Atletiko Madrid” və digər klublardakı çıxışları da var.

İdman.Biz