“The Athletic” Özbəkistanın və “Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanovu portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə müqayisə edərək onun profilini hazırlayıb.
İdman.Biz bildirir ki, bu mövsüm Xusanov klubun heyətində bütün yarışlarda 29 oyun keçirib və qol vurmayıb.
“Abdukodir Xusanov Kriştianu Ronaldunun özbək ekvivalentidir. Paytaxt Daşkənddə “The Athletic”in danışdığı hər kəs Xusanovu tanıyır, futbolu izləyirmi, yoxsa yox. Onun üzü nəhəng reklam lövhələrində əks olunub və şəxsi həyatındakı mühüm hadisələr milli xəbərlərə çevrilir. Dünya çempionatını qazanmaq üçün bütün ümidlər 22 yaşlı “Mançester Siti”nin mərkəz müdafiəçisinin çiyinlərindədir”, - “The Athletic”in X sosial media hesabı yazıb.
Bu yay Özbəkistan milli komandası ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynayacaq. Asiya komandası Portuqaliya və Kolumbiya ilə K qrupunda oynayacaq. Özbəkistan milli komandası tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.
