Erlinq Holand İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısına başçılıq edir.
İdman.Biz “L'Équipe”ə istinadən xəbər verir ki, “Mançester Siti”nin norveçli hücumçusu ayda 2,63 milyon avro qazanaraq liqanın ən yüksək maaş alan oyunçusu olub.
Siyahının ikinci pilləsində “Liverpul”un futbolçusu Məhəmməd Salah qərarlaşıb. Misirli futbolçunun aylıq qazancı 2 milyon avro təşkil edir.
Üçüncü sıranı isə iki futbolçu bölüşür. Bunlar “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro və “Liverpul”un niderlandlı müdafiəçisi Vircil van Deykdir. Hər iki oyunçunun aylıq gəliri 1,75 milyon avrodur.
“Mançester Yunayted”in portuqaliyalı kapitanı Brunu Fernandeş və “Arsenal”ın oyunçusu Bukayo Saka ayda 1,5 milyon avro qazanır.
