Avropa seçmə pley-offları 2026-cı il dünya çempionatında iştirak edəcək 48 komandadan 46-sını müəyyən edib.
İdman.Biz bildirir ki, final pley-offlarının dörd qalibi DŞ-2026-ya birbaşa vəsiqə qazanan 42 komandaya qoşulub.
Avropa seçmə mərhələsi başa çatdıqdan sonra DÇ-2026-nın qrup mərhələsinin iştirakçıları:
A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya.
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina.
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya.
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə.
E qrupu: Almaniya, Kyurasao, Kot-d’İvuar, Ekvador.
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç.
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya.
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay.
I qrupu: Fransa, Seneqal, Norveç, pley-off qalibi (İraq-Boliviya).
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya.
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, pley-off qalibi (DR Konqo-Yamayka).
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.
Çempionatın son iki iştirakçısı Konqo DR - Yamayka, İraq - Boliviya qitələrarası pley-off matçlarında müəyyənləşəcək.
