DÇ-1994-də sensasiyaya imza atmış millinin qapıçısı vəfat edib

31 Mart 2026 19:31
98
DÇ-1994-də sensasiyaya imza atmış millinin qapıçısı vəfat edib

Bolqarıstan milli futbol komandasının keçmiş kapitanı və qapıçısı Borislav Mixaylov 63 yaşında vəfat edib.

İdman.Biz bildirir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat verib.

O, 2025-ci ilin noyabr ayında insult keçirdikdən sonra xəstəxanaya yerləşdirilib.

Mixaylov 1983-cü ildən 1996-cı ilə qədər milli komandada oynayıb. Bu müddət ərzində o, 102 oyun keçirib, 1986 və 1994-cü illərdə dünya çempionatlarında, eləcə də 1996-cı ildə Avropa çempionatında iştirak edib. Klub səviyyəsində o, “Levski”, “Belenenseş”, “Myuluz”, “Botev”, “Redinq”, “Slavia Sofiya” və “Sürix” klublarında oynayıb.

Bolqarıstan millisi 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında dörddəbir finalda sensasion şəkildə Almaniyanı (2:1) məğlub edərək yarımfinala yüksəlib və nəticədə dördüncü yeri tutub. Həmin millinin qapısını məhz Borislav Mixaylov qoruyub.

2005-ci ildən 2019-cu ilə qədər və 2021-ci ildən 2023-cü ilə qədər o, Bolqarıstan Futbol İttifaqının rəhbəri vəzifəsində çalışıb.

İdman.Biz