“Mançester Siti” tarixində bir mövsümdə İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunda bütün matçlarda qalib gələn ilk klub olub.
İdman.Biz bu barədə Opta-ya istinadən xəbər verir.
İngiltərə Kubokunda “şəhərlilər” “Ekzeter Siti”ni (10:1), “Selford Siti”ni (2:0), “Nyukasl Yunayted”i (3:1), “Liverpul”u (4:0) və “Sauthempton”u (2:1), finalda “Çelsi”ni 1:0 hesabı ilə məğlub ediblər.
İngiltərə Liqa Kubokunda Pep Qvardiolanın komandası “Haddersfild Taun”u (2:0), “Suonsi Siti”ni (3-1), “Brentford”u (2:0) və “Nyukasl Yunayted”i (2:0, 3:1), finalda isə “Arsenal”ı 2:0 hesabı ilə məğlub edib.
Bu günə qədər “Mançester Siti” səkkiz İngiltərə Kubokunu və doqquz Liqa Kubokunu qazanıb.
