İngiltərə millisinin müdafiəçisi Harri Maquayr “Mançester Yunayted”lə yeni müqavilə imzalayacaq.
İdman.Biz-in ESPN-ə istinadən məlumatına görə, müqavilə 2027-ci ilə qədər qüvvədədir və daha bir mövsüm üçün seçim mümkündür.
Nəşrin məlumatına görə, oyunçunun nümayəndələri ilə klub arasında danışıqlar müsbət qiymətləndirilir. Hər iki tərəf müqaviləni tezliklə bağlamağa ümid edir.
Bu mövsüm “qırmızı şeytanlar”ın müdafiəçisi klubun heyətində bütün yarışlarda 20 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 10 milyon avrodur.
