Adı açıqlanmayan Səudiyyə Ərəbistanı Pro Liqası klubu "Napoli"nin yarımmüdafiəçisi Skott Maktomineyə böyük maaş təklif edib.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Nikolo Şira X sosial media hesabında məlumat verib.
İnsayderin məlumatına görə, italyan yarımmüdafiəçi təklifi rədd edib. Şotlandiyalı hazırkı klubu ilə müqaviləsini 2030-cu ilə qədər uzatmaq niyyətindədir.
Bu mövsüm Skott Maktominey klubun heyətində bütün yarışlarda 36 oyunda iştirak edib, 11 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.
