Türkiyə Superliqasında sonuncu turun oyunları keçirilir.
İdman.Biz bildirir ki, “Fatih Karagümrük” “Alanyaspor”u qəbul edib.
Matç 2:1 hesabı ilə “Karagümrük”ün xeyrinə bitib.
Qolları qonaqlardan Meşak Elia (32), meydan sahiblərindən isə Sem Larsson (47, 73) vurublar.
Qələbəyə baxmayaraq, “Karagümrük” 30 xalla düşmə zonasından (16-cı yer) çıxa bilməyib və gələn il aşağı liqada oynayacaq. “Alanyaspor” 37 xalla 11-cidir.
“Samsunspor” – “Göztəpə” matçı 3:0 birincilərin qələbəsi ilə yekunlaşıb. Qolları Tanquy Kulibali (36), Elais Tavşan (85) və Marius Muandilmanci (89) vurublar.
“Samsunspor” 51 xalla çempionatı 7-ci yerdə başa vurub. “Göztəpə” 55 xalla 6-cıdır.
“Qaziantep” – “İstanbul Başakşehir” oyununda isə ikincilər 2:1 hesabı ilə üstün olublar.
Meydan sahiblərindən Kristofer Lunqoy (59) fərqlənib. Qonaqlardan Deyvi Zelke (6) və Eldor Şomurodov (22) qol vurublar.
“İstanbul Başakşehir” çempionatı 57 xalla 5-ci yerdə tamamlayıb. Əgər mövsümü üçüncü yerdə başa vuran “Trabzonspor” Türkiyə Kubokunu qazansa, klub avrokuboklarda çıxış edəcək. “Qaziantep” 37 xalla 12-ci olub.
