İspan məşqçi Xabi Alonso tezliklə “Çelsi”nin yeni baş məşqçisi kimi elan ediləcək.
İdman.Biz-in məlumatına görə, xəbəri jurnalist Fabrizio Romano özünün X sosial şəbəkəsindəki səhifəsində yayıb.
London klubu məşqçi ilə 2030-cu ilin iyun ayına qədər dörd illik müqavilə imzalayacaq. Bütün detalların dəqiqləşdirildiyi və Alonsonun klubla işləməyə başlamaq üçün yaxın günlərdə Londona gələcəyi bildirilir. Klubla məşqçi arasında prinsipial razılaşma barədə əvvəllər məlumat verilmişdi.
Alonsonun məşqçi kimi əvvəlki klubu “Real Madrid” olub. O, komandaya 2025-ci ilin iyunundan 2026-cı ilin 12 yanvarına qədər rəhbərlik edib. Alonso çalışdığı müddətdə 28 oyunda məşqçilik edib, 20 qələbə qazanıb, 3 heç-heçə edib və 5 dəfə məğlub olub. Məşqçi həmçinin Almaniya çempionu olduğu “Bavariya” klubundakı işi ilə də tanınır.
