“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçüncü dəfə İngiltərə Kubokunu qazanıb.
İdman.Biz-in məlumatına görə, bu, onun komandasının 2025/26 İngiltərə Kuboku finalında “Çelsi” komandasını 1:0 hesabı ilə məğlub etməsindən sonra baş verib.
Sözügedən matç Londondakı “Uembli” stadionunda baş tutub.
Qvardiola əvvəllər kuboku 2018/2019 və 2022/2023 mövsümlərində qazanmışdı.
Yarımfinalda London klubu “Lids Yunayted”i 1:0, “Mançester” komandası isə “Sauthempton”u 2:1 hesabı ilə məğlub etmişdi.
Qvardiola 2016-cı ildən bəri “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında klub İngiltərə Kubokunu qazanmaqla yanaşı, altı dəfə ölkə çempionu olub, üç dəfə Liqa Kubokunu qazanıb, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunu əldə edib.
