Bir mövsümdə vurduğu qolların sayına görə “Bavariya” Bundesliqada record qırıb

16 May 2026 20:21
154
Bir mövsümdə vurduğu qolların sayına görə “Bavariya” Bundesliqada record qırıb

Münhen “Bavariya”sı 2025/26 Bundesliqa mövsümünün son 34-cü oyun günündə “Köln” komandasını 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz-in məlumatına görə, bununla da bavariyalılar Almaniya çempionatında bir mövsümdə qol vurmaq üzrə yeni rekord müəyyənləşdiriblər.

Vensan Kompaninin komandası bu mövsüm 122 qol vurub. Əvvəlki rekord da “qırmızılar”a məxsus idi. 1971/72 mövsümündə Münhen komandası 101 qol vurmuşdu.

Bundesliqanın cari mövsümünü “Bavariya” 89 xalla başa birinci yerdə vurub. “Borussiya Dortmund” 73 xalla ikinci yerdədir. “RB Leypsiq” isə 65 xalla ilk üçlüyə daxil olub.

İdman.Biz