Almaniya Bundesliqasının 2025/26 mövsümünün 34-cü turunun “Bavariya” və “Köln” komandaları arasında keçirilən oyunu başa çatıb. Münhen komandası 5:1 hesabı ilə qalib gəlib. Oyun “Arena Munich”də baş tutub.
Harri Keyn 10-cu dəqiqədə hesabı açıb, o isə 13-cü dəqiqədə ikinci qolunu vurub. Səid El-Mala 18-ci dəqiqədə hesabı bərabərləşdirib. Tom Bişof 22-ci dəqiqədə “Bavariya”nın üçüncü qolunu vurub, Keyn isə 69-cu dəqiqədə het-trik edib. Nikolas Cekson 83-cü dəqiqədə sonuncu qolu vurub.
Çempionatın sonuncu turunun digər oyunları belə başa çatıb:
“Frayburq” – “RB Leypsiq” – 4:1
“Bayer” “ – Hamburq” – 1:1
“Ayntraxt” – “Ştutqart” – 2:2
“Verder” – “Borussiya Dortmund” – 0:2
“Sankt-Pauli” – “Volfsburq” – 1:3
“Union” – “Auqsburq” – 4:0
“Haydenhaym” – “Maynts” – 0:2
“Borussiya Mönhenqladbax” – “Hoffenhaym” – 4:0
“Bavariya” Bundesliqanı 89 xalla birinci yerdə başa vurub. “Borussiya Dortmund” 73 xalla ikinci, “RB Leypsiq” 65 xalla üçüncü olub.
