Almaniyanı 2026/2027 UEFA Çempionlar Liqasında, UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında təmsil edəcək komandalar müəyyənləşib.
Mayın 16-da 2025/2026 Almaniya Bundesliqa mövsümünün final mərhələsi başa çatıb.
İdman.Biz xəbər veriri ki, 34-cü turdan sonra Almaniyanı 2026/2027 UEFA Çempionlar Liqasında, UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında təmsil edəcək komandalar müəyyənləşib.
Çempion “Bavariya” Münhen, daxili liqanın ikincisi “Borussiya Dortmund” və üçüncüsü “RB Leypsiq”, eləcə də dördüncü yeri tutan “Ştutqart” Avropanın ən yaxşı klub yarışmasının ümumi mərhələsinə vəsiqə qazanıblar. “Hoffenheim” və “Bayer Leverkuzen” Avropa Liqasında iştirak edəcəklər.
Bundesliqada yeddinci yeri tutan “Frayburq” Konfrans Liqasına vəsiqə qazanıb. Lakin komanda Avropa Liqasının finalında “Aston Villanı” məğlub edərsə, 2026/2027 Çempionlar Liqasına vəsiqə qazana bilər.
Həmçinin, mövsümün sonunda iki komanda 2-ci Bundesliqaya düşüb və 2026/2027-ci il Bundesliqada iştirak etmək hüququ uğrunda pley-off mərhələsinin iştirakçısı müəyyənləşib.
“Haydenhaym” və “Sankt-Pauli” 34 matçdan hərəyə 28 xal toplayaraq aşağı liqaya düşüblər. 16-cı yeri tutan “Volfsburq” pley-off mərhələsində ölkənin ikinci ən güclü liqasında üçüncü yeri tutan komandaya qarşı oynayacaq.
Almaniya mövsümü “Bavariya” və “Ştutqart” arasında keçiriləcək Almaniya Kuboku finalı ilə (23 may) başa çatacaq.
