“Yuventus”un azarkeşi, italyan müğənni Eros Ramazzotti sevimli komandasının keçmiş oyunçuları ilə bağlı xatirələrini bölüşüb.
İdman.Biz bildirir ki, müğənni hazırkı heyətdəki ən yaxşı oyunçulardan birinin adını da çəkib.
“Vialli yadıma düşür. Canluka çox maraqlı biri idi. Təəssüf ki, çox erkən dünyasını dəyişdi, amma o, əbədi olaraq ürəyimdə qalacaq. Çempionlar Liqasını qazandığımız il o, hər şeyi lentə alırdı. O qədər çox hekayə var ki...
Del Pyero və digər oyunçularla palçıqda oynanılan matçları xatırlayanda hələ də bədənim ürpəşor, sanki həyətdə oynayan uşaqlar idilər. Bu ustaları bugünkü orta səviyyəli oyunçularla müqayisə etmək olmaz, indikilər çox qazanır və inanılmaz dərəcədə gülməlidirlər. Hətta Zidanı palçığa bulaşmış vəziyyətdə görmüşəm - əsl mənzərə idi. Zizu kimisi bir daha olmayacaq - o cür bacarıqlı və güclü bir insan.
Vaxtaşırı Kənana (Yıldız) yazıram. O, yaxşı oğlandır və Del Pyeronun əzmkarlığını və qətiyyətini onda görürəm, bu keyfiyyətlər gənc oyunçularda getdikcə daha çox çatışmır. Ale və Kənanın oyun tərzləri fərqlidir, amma onlar eyni həvəsi bölüşürlər. “Yuventus” Yıldız kimi 11 oyunçudan ibarət heyətə sahib olsa, yaxşı olardı”, - deyə “La Gazzetta dello Sport” qəzeti Ramazzottidən sitat gətirir.
