Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.
İdman.Biz bu barədə “Transfermarkt”a istinadən xəbər verir.
Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə pley-off oyununda (0:1) 80 yaş 7 aylığında komandasını meydana çıxararaq tarixə düşüb.
Bununla o, Kuk adaları millisinin sabiq çalışdırıcısı Alan Taylor-ın (80 yaş 6 ay) rekordunu geridə qoyub.
Qeyd edək ki, Luçesku məşqçilik karyerasına 1979-cu ildə başlayıb.
