UEFA Serbiyanın “Srvena Zvezda” klubunu cərimələyib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Cəriməyə səbəb Avropa Liqasında Fransanın “Lill” klubuna qarşı ev oyununda azarkeşlərin nümayiş etdirdiyi banner olub.
Belə ki, azarkeşlər tribunalarda müqəddəs Simeon Mirotoçivin təsviri və “Qoy inancımız sizi qələbəyə aparsın” bannerini nümayiş etdiriblər.

UEFA-nın qərarına əsasən, klub ümumilikdə 95,5 min avro cərimələnib ki, bunun 40 min avrosu məhz həmin bannerə görə tətbiq olunub.
