Azərbaycan Birinci Liqasında altıncı tura start verilir.
İdman.Biz xəbər verir ki, turun açılış günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda “Şahdağ Qusar” “Səbail”lə üz-üzə gələcək. Digər matçda isə “Xankəndi” “Mingəçevir”lə qarşılaşacaq.
Hər iki görüş saat 15:00-da başlayacaq.
Azərbaycan Birinci Liqası
Altıncı tur
21 oktyabr
15:00. “Şahdağ Qusar” - “Səbail”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu.
15:00. “Xankəndi” - “Mingəçevir”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, tura oktyabrın 22-si yekun vurulacaq.
