“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Çempionlar Liqasında “Komo” ilə keçiriləcək oyun öncəsi komandasının çıxışını və İtaliya klubuna rəhbərlik edən Sesk Fabreqasın fəaliyyətini dəyərləndirib.
İdman.Biz xəbər verir ki, bütün turnirlərdə son altı matçdır qələbə qazana bilməyən İngiltərə təmsilçisinin çalışdırıcısı komandasının səhvlərindən dərs çıxarmalı olduğunu vurğulayıb.
“Yaxşı oyunlarımız olub, amma daha yaxşı çıxış edə biləcəyimiz və inkişaf etməli olduğumuz matçlar da keçirilib. Səhvlərə yol vermişik. Bu, futbolun bir hissəsidir və məhz belə hallar bizi irəliləməyə sövq edir”, - deyə Karrik bildirib.
İngiltərəli mütəxəssis Fabreqasın “Komo”da gördüyü işləri də yüksək qiymətləndirib:
“Seskin burada gördüyü işlərə, bu kluba və komandanın çıxışına böyük hörmətim var. Komandasının oyununa baxanda onun çox yaxşı ideyalara sahib olduğu və həqiqətən güclü kollektiv formalaşdırdığı aydın görünür. Ona böyük hörmət bəsləyirəm. O, fantastik futbolçu idi və karyeram ərzində qarşılaşdığım ən yaxşı oyunçulardan biri olub”.
