“Sabah” futbol klubunun qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.
İdman.Biz xəbər verir ki, 33 yaşlı qolkiper baş məşqçi Con van’t Sxipin noyabr oyunları üçün genişləndirilmiş heyətinə daxil edilib.
Qapıçı mövqeyində Pokatilovla yanaşı, Temirlan Anarbekov (“Kayrat”), Bekxan Şayzada (“Ordabası”) və Aleksandr Zarutski (“Aktobe”) də namizədlər arasında göstərilib.
Qazaxıstan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrda iki oyun keçirəcək. Komanda ayın 13-də Moldovanın qonağı olacaq, noyabrın 16-da isə Astanada Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Pokatilov Azərbaycan təmsilçisi “Sabah”ın əsas qapıçılarından biridir və daha əvvəl də Qazaxıstan millisinin heyətində çıxış edib.
