PSJ Kvaratsxeliya ilə bağlı qərar verdi

28 Mart 2026 12:43
124
PSJ Kvaratsxeliya ilə bağlı qərar verdi

Fransanın PSJ klubu gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ilə bağlı qərarını verib.

İdman.Biz xəbər verir ki, mənbə kimi çıxış edən jurnalist Nikkolo Skira bildirib ki, Paris təmsilçisi yay transfer pəncərəsində futbolçunu satmaq fikrində deyil.

Klub rəhbərliyi Kvaratsxeliyanı komandanın əsas oyunçularından biri hesab edir.

Daha əvvəl mətbuatda “Arsenal”ın yarımmüdafiəçi ilə maraqlandığı yazılsa da, onun transfer dəyəri 90 milyon avro olaraq göstərilir və müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.

İdman.Biz