“Zirə”li futbolçu Ruanda yığmasında debüt etdi - VİDEO

28 Mart 2026 11:21
480
“Zirə”li futbolçu Ruanda yığmasında debüt etdi - VİDEO

Zirə”nin hücumçusu Leroy Mikels Ruanda millisində ilk oyununu keçirib.

İdman.Biz xəbər verir ki, o, “FIFA Series - 2026” çərçivəsində Qrenadaya qarşı baş tutan yoldaşlıq görüşündə forma geyinib. Start heyətdə yer alan forvard ilk hissənin əlavə vaxtında - 45+2-ci dəqiqədə fərqlənməyi bacarıb.

Qarşılaşma Ruanda yığmasının 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz