DÇ-2026: İtaliya, İsveç və Polşa pley-offun finalına vəsiqə qazanıblar - YENİLƏNİB + VİDEO

27 Mart 2026 02:40
718
DÇ-2026: İtaliya, İsveç və Polşa pley-offun finalına vəsiqə qazanıblar

DÇ-2026-nın seçmə mərhələsinin Avropa qrupunda Ukrayna və İsveç arasında yarımfinal pley-off oyunu başa çatıb.

Oyun İspaniyanın Valensiya şəhərindəki “Ciudad de Valencia” stadionunda baş tutub. İsveç 3:1 hesabı ilə qalib gəlib.

İsveçdən qolları Viktor Gyokereş (6, 51, 73), Ukraynadan isə Matvey Ponomarenko (90) vurub.

Digər pley-off yarımfinalında İtaliya Şimali İrlandiyanı məğlub edib – 2:0.

Qolları Sandro Tonali (56) və Moyze Kin (80) vurublar.

Digər oyunlar belə nəticələnib:

Slovakiya – Kosovo – 3:4

Danimarka – Şimali Makedoniya – 4:1

Polşa – Albaniya – 2:1

Çexiya – İrlandiya - 2:2 (penaltilərlə 4:3)

Uels – Bosniya və Herseqovina - 1:1 (penaltilərlə 2:4)

22:59

2026-cı il dünya çempionatının seçmə mərhələsinin Avropa qrupunda Türkiyə və Rumıniya arasında yarımfinal pley-off oyunu başa çatıb.

Oyun “Tüpraş” stadionunda (İstanbul, Türkiyə) baş tutub. Ev sahibi komanda matçı 1:0 hesabı ilə qazanıb.

Matçın yeganə qolunu 53-cü dəqiqədə ev sahibi komandanın müdafiəçisi Ferdi Kadıoğlu vurub.

09:20

Bu gün futbol üzrə 2026 Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off yarımfinallarına start veriləcək.

İdman.Biz xəbər verir ki, A, B, C və D yolları üzrə ümumilikdə səkkiz qarşılaşma baş tutacaq.

Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya - Şimali İrlandiya

23.45. Uels - Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna - İsveç

23:45. Polşa - Albaniya

C yolu

21:00. Türkiyə - Rumıniya

23:45. Slovakiya - Kosovo

D yolu

23:45. Danimarka - Şimali Makedoniya

23:45. Çexiya - İrlandiya

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

İdman.Biz